Ərdoğan: F-35 proqramına qayıtmaq NATO üçün də vacibdir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bloomberg-in suallarına yazılı cavablarında ABŞ-la münasibətlərə, Türkiyənin enerji siyasətinə və geosiyasi inkişaflara toxunub.

Turkustan.az xəbər verir ki, Ərdoğan Bloomberg-ə verdiyi müsahibədə sentyabr ayında Ağ Evdə Trampla görüşləri zamanı F-35 məsələsini şəxsən qaldırdığını bildirib və Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbindən F-35 proqramından çıxarılması qərarını "ədalətsiz" adlandırıb.

Ərdoğan bildirib ki, "Cənab Trampın vəzifəyə qayıtması ilə Türkiyə-ABŞ münasibətlərində daha ağlabatan və müsbət bir zəminə keçmək üçün bir fürsət yaranıb. Türkiyənin artıq pulunu ödədiyi F-35 təyyarələrini alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ-ın təhlükəsizliyi, eləcə də NATO-nun təhlükəsizliyi üçün vacib və zəruridir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ