Kuba dövlət televiziyası ABŞ-ın müdaxiləsi axşamı Kuba əsgərlərinin və polisinin Venesuela hökumətinin tələb etdiyi missiya ilə Venesuelada olduğunu açıqladı.
Turkustan.az xəbər verir ki, bəyanatda ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi zamanı xidmətdə olan 32 əsgər və polis məmurunun həyatını itirdiyi bildirilib.
Kuba hökuməti həyatını itirən əsgər və polis məmurları üçün iki günlük matəm elan etdi. Rəsmilər mərhumun ailələrinə başsağlığı verdilər.
Aytən Yaşar/ Turkustan.az