Danimarkadan ABŞ-a: Təhdidləri dayandırın!


ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaqla bağlı marağının yenidən artmasından sonra Danimarkanın Baş naziri Mette Frederiksen ölkənin dövlət televiziya kanalı TV2-yə eksklüziv müsahibə verib.

Turkustan.az xəbər verir ki, o, mövzu ilə bağlı aşağıdakı açıqlamaları səsləndirib:

“ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin zəruriliyini müzakirə etməyin heç bir mənası yoxdur və onlar bu cür təhdidlərə son qoymalıdırlar. ABŞ-ın Danimarka Krallığı Birliyini (Rigsfællesskabet) təşkil edən iki muxtar bölgədən heç birini ilhaq etmək hüququ və ya səlahiyyəti yoxdur.”

Baş nazir, həmçinin Qrenlandiyanın NATO ərazisi olduğunu vurğulayaraq, adanın alyansın kollektiv təhlükəsizlik zəmanəti ilə tam şəkildə əhatə olunduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ