Tramp: Venesuela ölü bir ölkədir, onu dirçəltməliyik


ABŞ prezidenti Donald Tramp Venesuelaya nəzarət etdiklərini iddia edib.

Turkustan.az xəbər verir ki, o bildirib: "Ölkədəki hər şeyi idarə edəcəyik və ölkəni düzəldəcəyik,sonra isə seçkilər vaxtında keçiriləcək".

Tramp tətilini keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə cari hadisələr barədə şərh verib.

Venesuelaya hərbi müdaxiləsini doğru və haqlı hesab edən Tramp, ABŞ-a bu ölkədən külli miqdarda narkotikin daxil olduğunu və Prezident Nikolas Maduronun "narko-terror dövləti" idarə etdiyini iddia etdi.

Tramp Venesueladakı mövcud vəziyyətlə bağlı görüləsi çox iş olduğunu və Amerikanın böyük neft şirkətlərinin ölkəyə gedib orada milyardlarla dollar dəyərində iş görməyə başlayacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ