Maduronun tutulanda əynində olan idman geyiminin bütün ölçüləri satıldı - FOTOLAR


Venesuela prezidenti Nikolas Maduronun ölkəsindən Nyu-Yorka gətirilərkən üzərində olduğu idman geyimi gözlənilmədən böyük marağa səbəb olub.

Ümumi dəyəri 260 dollar olan həmin idman kostyumu qısa müddətdə ölkə üzrə ən çox satılan məhsula çevrilib.

Artan tələbat nəticəsində geyimin bütün ölçüləri sürətlə tükənib. Satıcıların sözlərinə görə, alışların sayı gözləniləndən qat-qat çox olub və bəziləri bu vəziyyəti "əsl çılğınlıq" kimi xarakterizə ediblər.//milli.az


MANŞET XƏBƏRLƏRİ