Maduro və arvadı bu iki məşhurla eyni həbsxanadadır – Dəhşətli məqamlar


“Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores məşhur amerikalı reper Şon Kombs (Pi Diddi) və Epsteinin köməkçisi ilə eyni həbsxanada saxlanılır”.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

“Söhbət MDC (Metropolitan Detention Center) federal izolyatorundan gedir. Bura “yüksək profilli” şəxslərin saxlandığı yeganə federal həbsxanadır. Bu müəssisə pis şərait ilə məşhurdur: tibbi yardımın olmaması, dava-dalaşlar və sanitar vəziyyətin çox zəif olması xüsusilə diqqət çəkir.

Mətbuata danışan məhbuslardan biri bildirib ki, bu müəssisədə kranlardan qəhvəyi su axır, tualetlər isə 5 dəqiqəlik suyun axını üçün taymerlə təchiz olunub. O əlavə edib ki, əgər su axınının limiti aşılırsa, tualet bir saat müddətinə bloklanır”,- deyə vurğulanıb.

Qeyd edək ki, ABŞ ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores artıq ABŞ-yə gətirilib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ