Danimarka ABŞ-ı Qrenlandiyanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşının Qrenlandiyanın ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritəni sosial şəbəkədə "tezliklə" qeydi ilə paylaşması olub.
Danimarkalı diplomat Peter Sorensen məsələ ilə bağlı bildirib ki, ABŞ və Danimarka NATO üzrə müttəfiqdir və Vaşinqton krallığın ərazi bütövlüyünə hörmət etməlidir:
"Bu cür paylaşımlar müttəfiqlik ruhuna ziddir və ciddi narahatlıq doğurur".
