Müharibə 2026-cı ildə də bitməyəcək – Kuleba


Rusiyanın Ukraynaya qarşı müharibəsi 2026-cı ildə bitməyəcək. Qışın sonuna qədər atəşkəs ehtimalı da sıfırdır.

Turkustan.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Müharibənin nə vaxt bitəcəyi ilə atəşkəsin nə vaxt olacağını bir-birindən ayırmalıyıq. Atəşkəs müharibənin sonu demək deyil. Düşünmürəm ki, qışın sonuna qədər atəşkəs razılaşması olacaq. Çoxlu hərəkət, bəyanatlar, zirvə görüşləri və hər şeyin artıq razılaşdırıldığı barədə məlumatlar olacaq, amma heç bir razılaşma əldə olunmayacaq”, - Kuleba bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ