Yaşayış minimumu və ehtiyac meyarı artdı


Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il üçün təsdiqlədiyi yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunda öz əksini tapıb.

2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən olunub.

Xatırladaq ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat təşkil edib. /bakivaxti.az/az


MANŞET XƏBƏRLƏRİ