Putinlə istənilən formatda görüşməyə hazıram… - Zelenski


Rusiya liderinin sözləri ilə hərəkətləri üst-üstə düşərsə, onun istənilən formatda görüşməyə hazıram.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Moskva sülh istəyindən danışır, lakin eyni zamanda raket zərbələrini davam etdirir, mülki infrastrukturu məhv edir və döyüşü davam etdirməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirir”, - o bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında 5 ildə ilk dəfə telefon danışığının baş tuta biləcəyi ilə bağlı məlumat yayılmışdı./axar.az


MANŞET XƏBƏRLƏRİ