Tramp Floridada Zelenski ilə görüşdü


ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski sülh danışıqları üçün Trampın Mar-a-Laqo malikanəsində görüşüblər.

Turkustan.az xəbər verir ki, görüşə girməzdən əvvəl iki lider qapıda mətbuata qısa açıqlamalar verərək prosesin müsbət nəticəsi ilə bağlı nikbinliklərini ifadə etdilər.

Tramp Zelenski ilə görüşünün çox yaxşı keçəcəyinə inandığını bildirib və onu "çox cəsur və bu proses üçün çox çalışan biri" kimi təsvir edib.

ABŞ prezidenti bildirib ki, "Danışıqların son mərhələsinə çatdığımıza inanıram. Bu müharibə ya bitəcək, ya da uzun müddət davam edəcək".

Ukrayna üçün hansı təhlükəsizlik zəmanətlərinin olacağı ilə bağlı suala cavab olaraq Tramp deyib: "Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri olacaq və Avropa ölkələri bu prosesə cəlb olunacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ