Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışdı


ABŞ prezidenti Donald Tramp Floridada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə məhsuldar telefon danışığı apardığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp məsələ ilə bağlı ABŞ-da yerləşən Truth Social sosial media platformasında paylaşım edib.

Tramp Putinlə "yaxşı və son dərəcə məhsuldar" telefon danışığı keçirdiyini bildirib və əlavə edib ki, günün sonlarında Zelenski ilə Floridadakı Mar-a-Lago malikanəsində görüşəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ