Zelenski: Rusiya sülhdən imtina edərsə, ABŞ və Avropa...


Ukrayna və ABŞ müharibənin diplomatik yolla sona çatması zərurəti ilə bağlı ortaq mövqedədirlər, lakin Rusiya sülh müqaviləsindən imtina edərsə, Ukraynaya beynəlxalq dəstək qalacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski jurnalistlərlə söhbətində Rusiyanın müqaviləni imzalamaqdan imtina edəcəyi təqdirdə ABŞ-ın atacağı addımlarla bağlı sualları cavablandırarkən bildirib.

“Sülhün alternativi yoxdur. Biz amerikalılarla birlikdə inanırıq və burada vahid mövqeyimiz var ki, müharibəni diplomatik yolla bitirməli, Rusiyaya təzyiq göstərməliyik. Əks halda, müharibə davam edəcək. Əlbəttə ki, müharibə davam edərsə, amerikalılar avropalılarla birlikdə Ukraynaya kömək etməyə davam edəcəklər. Biz bu müharibədə özümüzü müdafiə edirik, vuruşuruq. Biz təcavüzkar deyilik”, - deyə Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ