Putinlə görüş – Nazarbayevə qadağa qoyula bilər


Qazaxıstanda sabiq prezident Nursultan Nazarbayevin xaricə səfərlərinin məhdudlaşdırılması təklif olunub.

Turkustan.az xəbər verirki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Məlumata görə, Qazaxıstan parlamentinin deputatı Ermurad Bapi dövlət sirrinə çıxışı olan keçmiş yüksək vəzifəli şəxslərin ölkədən çıxışına qanuni məhdudiyyət qoyulmasını irəli sürüb. Onun sözlərinə görə, bu cür səfərlər milli təhlükəsizlik üçün risk yarada bilər.

Bapi təşəbbüsünə səbəb kimi Nazarbayevin Rusiya Prezidenti Vladimir Putinlə son görüşünü göstərib.

Qeyd edək ki, dekabrın 27-də Kremldə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilmişdi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ