Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşündən sonra sülh planının bütün aspektlərinin müzakirə olunduğunu bildirib və əlavə edib ki, "bunun 90 faizi razılaşdırılıb".
Turkustan.az xəbər verir ki, Zelenski bu sözləri Trampla Florida ştatındakı Mar-a-Laqo malikanəsində görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Zelenski bütün mövzular üzrə məhsuldar müzakirələr apardıqlarını və ABŞ və Ukrayna komandaları arasında əldə edilən irəliləyişdən məmnunluqlarını ifadə etdiklərini bildirib.
Zelenski bildirib: "Bizim 20 maddəlik sülh planımız var və onun 90%-i razılaşdırılıb. ABŞ və Ukraynanın təhlükəsizlik zəmanətləri 100% qəbul edilib. ABŞ, Avropa və Ukraynanın təhlükəsizlik zəmanətləri demək olar ki, tamamilə razılaşdırılıb. Hərbi aspekt 100% qəbul edilib. Rifah planı son mərhələlərinə yaxınlaşır".
Aytən Yaşar/ Turkustan.az