Tayland və Kamboca uzun müddətdir davam edən sərhəd mübahisələrindən sonra atəşkəs elan ediblər.
Turkustan.az xəbər verir ki, Kambocada yerləşən "Khmer Times" qəzetinin məlumatına görə, Taylandın müdafiə naziri Natthaphon Narkphanit Ümumi Sərhəd Komitəsi (GBC) çərçivəsində Kambocanın müdafiə naziri Tea Seiha ilə görüşüb.
Görüş zamanı imzalanan "Birgə Bəyannamə"yə əsasən, iki ölkə arasında dərhal atəşkəs elan edilib.
Bəyanatda deyilir ki, tərəflər mövcud hərbi yerləşmələrini daha çox hərəkət etmədən saxlamaq və münaqişədən təsirlənən sərhəd bölgələrindəki mülki şəxslərin mümkün qədər tez evlərinə qayıtmalarına icazə veriləcək.
Bəyanatda həmçinin atəşkəsin 72 saat davam etməsindən sonra 18 Kamboca əsgərinin ölkələrinə qaytarılacağı bildirilib.
Aytən Yaşar/ Turkustan.az