Ərəb Koalisiyası: Yəməndə gərginliyə təhdid edənlər cəzalandırılacaq


Yəməndəki qanuni hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası, ölkədəki gərginliyin azaldılması səylərini təhdid edən hər hansı bir hərbi hərəkata qarşı mülki şəxsləri qorumaq üçün birbaşa müdaxilə edəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Ərəb Koalisiyasının sözçüsü Turki əl-Maliki məsələ ilə bağlı açıqlama verib.

Maliki bəyanatın Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əliminin Hadramaut əyalətindəki mülki şəxslərin qorunması üçün təcili tədbirlər tələb etməsindən sonra verildiyini bildirib və əlavə edib ki, Cənub Keçid Şurası (STC) ilə əlaqəli silahlı elementlər tərəfindən mülki şəxslərə qarşı "ciddi və dəhşətli humanitar pozuntular" törədilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ