Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI


Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğluƏli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq.

Turkustan.az "Unikal.az"a istinadən məlumatına görə, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.


MANŞET XƏBƏRLƏRİ