Xəzər dənizi yoxa çıxa bilər - Tokayev xəbərdarlıq etdi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasının geri dönməz hala gələ biləcəyi barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti dənizin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb.

"Xəzər dənizinə gəldikdə isə, hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ bilər və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan ekosistemin dağılmasının və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb", - deyə o bildirib.

“Ümumiyyətlə, mənim fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq qurumlar dar səlahiyyətlər çərçivəsində parçalanmış şəkildə fəaliyyət göstərməyə meyllidir ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil”, - deyə Tokayev əlavə edib./modern.az


MANŞET XƏBƏRLƏRİ