Rusiya: Biz Ukrayna ilə bağlı atəşkəs yox, sülh üçün çalışırıq


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada uzunmüddətli sülhü təmin edəcək sənədlərin imzalanmasına üstünlük verdiyini ifadə edərək, "Rusiya atəşkəs üçün deyil, sülh üçün çalışır" dedi.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərin bəzi suallarını cavablandırıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsində prezident seçkilərinin keçirilə biləcəyi ilə bağlı açıqlamalarını Peskov "yeni inkişaf" kimi qiymətləndirərək, "Rusiya prezidenti Vladimir Putinin uzun müddətdir danışdığı budur. Ona görə də müvafiq hadisələri izləyəcəyik" deyib.

Zelenskinin enerji infrastrukturuna qarşılıqlı hücumlarla bağlı atəşkəs üzərində çalışdıqlarını ifadə edən Peskov, "Müvafiq sənədlərin imzalanması ilə əldə edilən sabit, zəmanətli və uzunmüddətli sülh bizim mütləq prioritetimizdir. Rusiya atəşkəs üçün deyil, sülh üçün çalışır" dedi.

Peskov, ABŞ Prezidenti Donald Trampın Politico-ya verdiyi müsahibədə dediklərini də şərh edərək, “Trampın Ukraynanın NATO-ya üzvlüyü və ərazisinin itirilməsi kimi məsələlərlə bağlı açıqlamaları bizim anlayışımıza uyğundur” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ