İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Suriyanın cənubunda işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, baş nazir Netanyahu İsrail səfirləri, missiya rəhbərləri və Xarici İşlər Nazirliyi rəsmilərinin iştirak etdiyi konfransda çıxışında Suriyada Baas rejiminin devrilməsindən sonra işğal etdikləri əraziləri tərk etməyəcəklərini bir daha vurğulayıb.
Baas rejiminin süqutundan dərhal sonra Suriyanın cənubunda işğal etdiyi Hermon dağına bitişik bufer zonası və 1967-ci ildən bəri işğal etdiyi Qolan təpələri ilə bağlı Netanyahu, "Biz bu varlıqları qorumaq istəyirik" dedi.
Netanyahu iddia edib ki, onlar Dəməşq hökuməti ilə Suriyanın cənubunu tərksilah etməyə və druzların “qayğısına düşməyə” imkan verəcək razılaşma əldə etməyə ümid edirlər.
Aytən Yaşar/ Turkustan.az