Avropanın əsas məqsədi Ukraynanın ABŞ-ın təzyiqi ilə Donetsk və Luqanskdan çıxmasının qarşısını almaqdır.
Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna ilə ABŞ arasında müharibənin başa çatdırılması ilə bağlı aparılan danışıqlar son vaxtlar "asan keçmir" və hələ də sülh sazişi əldə olunmadığı təqdirdə Donald Trampın nizamlanma prosesində iştirakdan geri çəkilə biləcəyi riski qalır.
Bu vəziyyətdə Avropanın əsas məqsədi Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın təzyiqi altında Donbas regionundan qoşunları çıxarmağa məcbur qalmasının və hər hansı ciddi Amerika təhlükəsizlik zəmanəti olmadan razılaşmaya getməsinin qarşısını almaqdır.
Avropa rəsmiləri bildirirlər ki, bu cür razılaşma ədalətli sülh sayılmayacaq və gələcəkdə Rusiya ilə daha genişmiqyaslı müharibəni təşviq edə bilər.
"Bloomberg"in məlumatına görə, Avropa nümayəndələri danışıqların gedişini müzakirə etmək üçün yaxın günlərdə ABŞ-a səfər edəcəklər. /Musavat.com/