Beynəlxalq Atom Enerjisi Agentliyi Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv sızmanın qarşısını almaq üçün tikilmiş polad konstruksiyaya fevral ayında pilotsuz təyyarənin hücumu nəticəsində zədələndiyini bildirib.
Turkustan.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı nüvə obyektlərindəki vəziyyətlə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv sızıntının qarşısını almaq üçün inşa edilən "Yeni Qoruma Qalxanı"nın fevral ayında pilotsuz təyyarənin hücumu nəticəsində zədələndiyi və onun xarici örtüyünün yandığı bildirilib.
MAQATE müfəttişlərinin ötən həftə qiymətləndirmələrini tamamladıqları qeyd edilən bəyanatda, strukturun artıq əsas təhlükəsizlik funksiyasını yerinə yetirmədiyi bildirilib. Bəyanatda əlavə edilib ki, damda məhdud, müvəqqəti təmir aparılıb, lakin nüvə təhlükəsizliyini təmin etmək üçün geniş bərpa işlərinə ehtiyac var.
Xəbər verildiyi kimi, Zaporojjya Atom Elektrik Stansiyası münaqişə zamanı bütün xarici gücü müvəqqəti olaraq itirib və bu, müharibə başlayandan bəri 11-ci dəfədir. Açıqlamada fasilənin yarım saat davam etdiyi vurğulanıb və qeyd olunub ki, stansiya yenidən 330 kV-luq elektrik xəttinə qoşulub, lakin 750 kV-luq xətt dayanıb.
Aytən Yaşar/ Turkustan.az