Ukraynada qaz hasilatı və anbar obyektləri dekabrın 1-2-də düşmənin pilotsuz təyyarələri ilə hücuma məruz qalıb; dağıntı qeydə alınıb və şirkətin mütəxəssisləri dərhal bərpa işlərinə başlamağa hazırdırlar.
Turkustan.az xəbər verir ki, bu barədə “Naftoqaz” Qrupu məlumat yayıb .
"Dekabrın 1-i axşam, eləcə də 2-si səhər saatlarında Rusiya pilotsuz təyyarələri ukraynalıları qaz hasilatı və anbarla təmin edən mülki qaz infrastrukturu obyektlərinə hücum edib", - məlumatda deyilir.
Şirkətdən bildirilib ki, işçilər arasında xəsarət alan olmayıb. Bununla belə, dağıntı qeydə alınıb.
Aytən Yaşar/ Turkustan.az