Zelenski: Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planı hazırlanır


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın təxminən dörd ildir davam edən Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün təqdim etdiyi sülh planı ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, bildirib ki, ABŞ tərəfi “əsas məsələlər” barədə məlumatlandırılıb və “iş Cenevrə sənədi əsasında aparılıb, bu sənəd (sülh planı) isə sonradan hazırlanıb”.

Zelenski qeyd edib ki, Rusiya–Ukrayna müharibəsini sona çatdıracaq sülh planı üzərində ABŞ tərəfi ilə işləyirlər və danışıqlar Cenevrə sənədinə əsaslanır.

Prezident Telegram hesabında bildirib ki, Vaşinqton administrasiyası tərəfindən hazırlanan sülh planı üzrə danışıqlar ABŞ-da aparılıb. O əlavə edib ki, ABŞ-da keçirilən görüşlərdə iştirak edən və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyətindən mütəmadi olaraq məlumat alır. Zelenskinin sözlərinə görə, telefonla müzakirəsi mümkün olmayan bəzi məsələlər təkbətək görüşlərdə müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ