Starmer: Çin Britaniyaya təhlükədir, amma əməkdaşlıq davam edəcək


Böyük Britaniyanın baş naziri Keir Starmer Çinin ölkəsinin milli təhlükəsizliyinə təhdid yaratdığını bildirib, lakin onun hökumətinin ÇXR ilə əməkdaşlığı gücləndirmək qərarını təsdiqləyib, çünki daha sıx işgüzar əlaqələr Britaniyanın maraqlarına uyğundur.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters yazır.

Qeyd edilir ki, Starmerin Leyboristlər hökuməti Çinlə münasibətlərin yaxşılaşdırılmasını xarici siyasət prioritetlərindən birinə çevirsə də, Londonun Pekinə qarşı casusluqda bir sıra ittihamlar irəli sürməsi səbəbindən ciddi irəliləyiş əldə olunmayıb.

Ölkənin paytaxtının tarixi maliyyə bölgəsi olan London City-də iş adamları ilə danışan Starmer, İngiltərənin Çin ilə əlaqələrinin çox uzun müddət bir ifratdan digərinə dəyişdiyini söylədi.

"Ciddi yanaşmanın vaxtıdır. Bunun "qızıl dövr" və ya "buz dövrü" olması kimi sadələşdirilmiş ikili seçimdən imtina etmək və aşkar faktı etiraf etmək lazımdır ki, özünü qoruyaraq hansısa ölkə ilə işləmək və ticarət etmək mümkündür", - Britaniya hökumətinin başçısı bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ