Putin: Bütün cəbhələrdə təzyiq artır, irəliləyirik


Kreml Donetsk vilayətinin Krasnoarmeysk (Pokrovsk) və Xarkov vilayətinin Volçansk (Vovçansk) şəhərlərinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini bildirib.

Turkustan.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin Birgə Hərbi Qrupun qərargahına səfər etdiyi bildirilib.

Vladimir Putin döyüş meydanında baş verənlərlə bağlı açıqlama verərkən vəziyyəti ukraynalılar üçün faciə kimi qiymətləndirib.

Putin Ukraynanın Rusiya ordusuna cavab verə bilmədiyini bildirsə də, Zaporojya bölgəsindəki irəliləyişi təsirli adlandırıb. O, Pokrovskın tutulmasını vurğulayaraq, bu ərazinin orduya hücumu davam etdirməyə imkan verəcəyini bildirib.

Rusiya qoşunlarının bütün cəbhələrdə təzyiqlərini artırdığını deyən Rusiya prezidenti təşəbbüsü saxladıqlarını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ