Suriya prezidenti Əhməd Şara ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşüb.
Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-da yer alan xəbərə görə, prezident Şaraa ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Barakı paytaxt Dəməşqdə qəbul edib.
Xarici işlər naziri Əsəd Həsən Şeybaninin də iştirak etdiyi görüşdə regionda baş verən son hadisələr və iki ölkəni maraqlandıran məsələlər müzakirə edilib.
Aytən Yaşar/ Turkustan.az