Zelenski və Makron tarixi saziş imzaladılar


Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski və Emmanuel Makron Ukraynanın müdafiə avadanlığı alması sahəsində əməkdaşlıq haqqında Bəyannamə imzalayıblar.

Turkustan.az xəbər verir ki, prezident Aparatı mərasimin videosunu dərc edib.

İmzalanma Parisdə Zelenskinin səfəri zamanı baş tutub.

Ukrayna prezidenti bu gün Fransada Ukraynanın müdafiə texnikası alması sahəsində əməkdaşlıq haqqında Bəyannaməni tarixi adlandırıb.

"Bu, tarixi razılaşmadır. Fransanın Avropada real zəmanətli təhlükəsizliyə nail olmaq üçün belə bir addım atması çox dəyərlidir", - o, Fransa prezidenti ilə birgə mətbuat konfransı zamanı deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ