Şimali Koreya ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını qətiyyətlə pisləyib.
Turkustan.az xəbər verir ki, Şimali Koreya sözçüsü ABŞ və İsrailin hücumlarının regional sülh və təhlükəsizliyi təhdid etdiyini və bu hərəkətlərin dünya miqyasında qeyri-sabitliyi artırdığını bildirib.
Bəyanatda deyilir: "Biz ABŞ və İsrailin İrana qarşı qanunsuz hərbi hücumları ilə regional sülh və təhlükəsizliyin təməllərini sarsıdan və dünyada qeyri-sabitliyi artıran təcavüzkar hərəkətlərindən ciddi narahatıq və onları şiddətlə qınayırıq".
Sözçü bildirib ki, İranın siyasi sistemini hədəf alan bəyanatlar və hərbi əməliyyatlar qəbuledilməzdir. Onun sözlərinə görə, hər hansı ölkənin siyasi quruluşunu dəyişdirməyə yönəlmiş təhdidlər və hərbi müdaxilələr beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir.
Şimali Koreya həmçinin beynəlxalq ictimaiyyəti İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Şimali Koreya həmçinin İranın Ekspertlər Assambleyasının İslam İnqilabı üçün yeni lider seçdiklərini açıqlamasına münasibət bildirib. Pxenyan İran xalqının ali liderini seçmək hüququna hörmətlə yanaşdığını bildirib və ölkənin daxili siyasi seçimlərinin xarici müdaxiləyə məruz qalmamalı olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az