Daha bir ölkə Epşteynin insan alveri əlaqələri ilə bağlı araşdırma başlatdı


Polşada Ceffri Epşteynin idarə etdiyi ehtimal olunan insan alveri şəbəkəsinin Polşa ilə əlaqələri ilə bağlı araşdırma başlanıb.

Turkustan.az xəbər verir ki, Polşa Milli Prokurorluğunun yazılı açıqlamasına görə, Polşa prokurorları ABŞ Ədliyyə Nazirliyi tərəfindən paylaşılan Epşteynlə bağlı sənədləri nəzərdən keçiriblər. Araşdırılan sənədlər 2009-cu ildən 2019-cu ilin avqust ayına qədər Polşada və digər ölkələrdə insan alveri ilə bağlı şübhələri ortaya çıxardı və bu da 10 martda araşdırmanın başlanmasına səbəb oldu.

Prokurorlar hesab edirlər ki, Polşada şəxsiyyəti hələ müəyyən edilməmiş bir neçə yetkin və yetkinlik yaşına çatmayan qadın saxta bəhanələrlə xaricdə işlərə cəlb edilib, daha sonra ölkədən çıxarılıb və cinsi istismar üçün başqalarına təhvil verilib.

İstintaqın başlanması hərtərəfli sübut toplama prosesinə imkan verəcək və ilk addım olaraq iki Avropa ölkəsindən məlumat və sübutlar tələb olunacaq.

Epşteynin sənədlərindəki elektron poçtları araşdıran Polşanın ictimai yayımçısı TVP World-ə görə, sənədlər göstərir ki, Epşteynlə əlaqəli şəxslər paytaxt Varşavadan potensial qurbanlar üçün nəqliyyat mərkəzi kimi istifadə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ