Əhməd Şara başda olmaqla Suriyanın yeni administrasiyası ABŞ-a səfəri zamanı sanksiyaların ləğvi, təhlükəsizlik sahəsində əməkdaşlıq və yenidənqurma prosesinə dəstək axtarır.
Turkustan.az xəbər verir ki, vəzifəyə gəldikdən sonra ilk dəfə Ağ Evi ziyarət edəcək olan Şara yeni dövrdə Vaşinqton administrasiyasından böyük gözləntilərə malikdir.
Suriyada 61 ildir davam edən Baas rejiminin devrilməsindən sonra vəzifəyə başlayan yeni Dəməşq rəhbərliyi enerji, infrastruktur və təhlükəsizlik kimi bir çox sahədə ABŞ-dan dəstək istəməklə yanaşı, ölkənin yenidən qurulmasına və xalqın rifahının yaxşılaşdırılmasına diqqət yetirir.
ABŞ Şaraa və daxili işlər naziri Enes Hattapı sanksiya siyahısından çıxardıqdan sonra Dəməşq administrasiyası tətbiq edilən iqtisadi sanksiyaların bir hissəsinin də qaldırılacağına ümid edir.
Müharibə nəticəsində dağılmış ölkənin yenidən qurulması üçün iqtisadi qaynaqlar axtaran Şəra administrasiyası ABŞ şirkətlərinin Suriyaya sərmayə qoymağa təşviq edilməsini istəyir.
Aytən Yaşar/ Turkustan.az