Moskva təhlükəsizlik zəmanətlərinə NATO ölkələrinə hücum etmək niyyətinin olmaması ilə bağlı maddə daxil etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Dəfələrlə bəyan etmişik ki, NATO və ya AB-nin hazırda üzvü olan heç bir ölkəyə hücum etmək niyyətimiz olmayıb və olmayacaq. Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində bu mövqeyi möhkəmləndirməyə hazırıq, lakin AB liderləri bu gələcək zəmanətləri həqiqətən kollektiv əsasda nəzərdən keçirməkdən yayınır”, - o bildirib./axar.az