Çin: “ABŞ-ın hərbi fəaliyyətləri regional sabitliyi pozur”


Çin dünən Cənubi Çin dənizində adi əməliyyatlar zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hücum helikopteri və döyüş təyyarəsinin qəzaya uğramasından sonra Vaşinqton administrasiyasını regionda sülh və sabitliyə zərər verməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında ABŞ ordusunun hərbi fəaliyyətlərinin intensivliyinin Cənubi Çin dənizindəki dəniz təhlükəsizliyi problemlərinin əsasını təşkil etdiyini bildirib.

"ABŞ-ın öz hərbi gücünü nümayiş etdirmək üçün Cənubi Çin dənizinə tez-tez döyüş gəmiləri və təyyarələr yerləşdirməsi orada dəniz təhlükəsizliyi problemlərinin əsasını təşkil edir və regional sülh və sabitliyə xələl gətirir", - sözçü Quo deyib.

Bildirək ki, ABŞ Sakit Okean Donanması verdiyi açıqlamada dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid MH-60R Sea Hawk helikopterinin və F/A-18 Super Hornet döyüş təyyarəsinin 30 dəqiqə fərqlə Cənubi Çin dənizində qəzaya uğradığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ