Zelenski güzəştə getdi, Putin yeni şərt irəli sürdü – Tramp qəzəbləndi


Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə gedib. Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın cəbhə xəttinin dondurulması təklifini danışıqlar üçün əsas kimi qəbul edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Ukrayna dövlət başçısının özü bu barədə nəşrə deyib:

“Düşünürəm ki, bir-birimizi başa düşdük. Tramp bəyan edib ki, hazırkı vəziyyəti dondurmalı və danışıqlara başlamalıyıq”.

Donald Tramp Ağ Evdə Volodimir Zelenski ilə görüşdən sonra bu fikri açıq şəkildə vurğulayıb. Amma nəşrin fikrincə, Rusiya Prezidenti Vladimir Putin daha maksimalist mövqe tutduqdan sonra ABŞ lideri qəfil ritorikasını dəyişib, nəticədə Budapeşt görüşü ləğv edilib və Rusiyaya yeni sanksiyalar tətbiq olunub.

“Putin və komandası üçüncü və ya dördüncü dəfədir Trampın təkliflərini rədd edir”, - Zelenski əlavə edib./teleqraf


MANŞET XƏBƏRLƏRİ