İstanbulda Əfqanıstan–Pakistan görüşü: Birgə bəyanat hazırlanır


Əfqanıstan mediası Pakistanla sərhəddə baş verən toqquşmalardan sonra elan edilən atəşkəsin təfərrüatlarını araşdırmaq üçün İstanbulda olan nümayəndə heyətlərinin bir çox məsələlərdə razılığa gəldiyini və digər məsələlərdə də danışıqların davam etdiriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, qərargahı Əfqanıstanın paytaxtı Kabildə olan Tolo News-un ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşdığı yazıya görə, məsələdən xəbərdar olan mənbələr Əfqanıstan və Pakistan arasında baş verən sərhəd toqquşmalarından sonra əldə olunan atəşkəsin təfərrüatlarını hazırlamaq üçün İstanbulda keçirilən texniki komitə iclası haqqında məlumat verib.

Adının açıqlanmasını istəməyən mənbələr Əfqanıstan və Pakistan nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşdə bir çox məsələlərdə razılığa gəldiyini, günün sonuna kimi digər məsələlərə də aydınlıq gətiriləcəyi gözlənildiyini bildirib.

Danışıqların gecəyə kimi davam edə biləcəyinə diqqət çəkən mənbələr danışıqların sonunda tərəflərin birgə bəyanatla çıxış edəcəklərini vurğulayıblar.

Mənbələr qeyd ediblər ki, birgə bəyannamədə atəşkəsin uzadılması, iki ölkə arasında yolların açılması, məhbusların azad edilməsi, növbəti görüşün yeri və vaxtı kimi məsələlər yer alacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ