ABŞ prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” qanadlı raketini uğurlu sınaqdan keçirməsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin “Dünyada heç bir silaha bənzəməyən silah” olaraq xarakterizə etdiyi “Burevestnik” qanadlı raketinin sınaqlarının başa çatdığını açıqlayıb. Kremldən verilən məlumata görə, hərbi geyimdə olan Putin Ukraynada döyüşən Rusiya ordusunun Birləşmiş Qüvvələr Birliyinin komanda mərkəzlərindən birinə baş çəkib, Baş Qərargah rəisi Valeri Gerasimov və münaqişə bölgəsindəki bölmələrin komandirləri ilə görüşüb.
ABŞ prezidenti Donald Tramp Rusiyanın havada 15 saat davam edən və 14 min kilometr məsafəni qət etdiyi bildirilən “Burevestnik” qanadlı raket sınaqlarından danışıb.
Tramp “Rusiyanın uzaqmənzilli raket sınaqları yersizdir” deyib. ABŞ prezidenti Vladimir Putinə işarə edərək, "Ukraynadakı müharibəyə son qoymalıdırlar. Raket sınaqları keçirmək əvəzinə bunu etməlidirlər" dedi.
Aytən Yaşar/ Turkustan.az