Netanyahunun məhkəmə prosesini təxirə salan qanun İsraildə qalmaqal yaratdı


İsrailin baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamı ilə məhkəmə prosesini qeyri-müəyyən müddətə təxirə salan qanun layihəsi baş prokurorluq və müxalifətin reaksiyasına səbəb olub.

Turkustan.az xəbər verir ki, İsrail Baş Prokurorluğu verdiyi açıqlamada koalisiyanın ifrat sağçı Yəhudi Güc Partiyasının üzvü Limor Son Har-Melech tərəfindən hazırlanan qanun layihəsini sərt şəkildə tənqid edib və bunun "konstitusiyaya zidd" olduğunu vurğulayıb.

Qanun qarşısında bərabərlik və məhkəmə sisteminin müstəqilliyi prinsipini ciddi şəkildə pozduğu deyilən qanun layihəsi, baş nazir Netanyahunun “ədalətdən qaçmasına” kömək etmək məqsədi ilə və şəxsi ehtiyacları nəzərə alınmaqla hazırlandığı təəssüratını yaradır.

Tək maddədən ibarət qanun layihəsi İsrail Parlamentinə ittiham aktı hazırlandıqdan sonra və yekun hökm çıxarılana qədər baş nazir və ya nazirlərə qarşı işi təxirə salmağa imkan verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ