Əxlaq polisi ləğv olundu, qadınlar küçədə belə əyləndilər - İrandan yeni görüntülər - VİDEO


İranda qadınlara qarşı məhdudlaşdırıcı tədbirlərin ləğvindən sonra fərqli bir mənzərə ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, İran prezidenti Pezeşkianın "Əxlaq polisi artıq qadınlara təzyiq göstərməyəcək" bəyanatından sonra ölkədə sosial həyat canlanmağa başlayıb.

Sosial mediada yayılan son görüntülərdə həvəskar musiqiçilərin küçə çıxışının tez bir zamanda kiçik festivala çevrildiyi görünür. İranda uzun müddət məhdudiyyətlərlə boğulmuş mədəni enerji yenidən üzə çıxıb.

Videoda eşidilən bir vətəndaşın səsi ölkədə vəziyyətin dəyişdiyini təsdiqləyir:

"Uzun müddətdir ki, bu qədər sərbəst və böyük sayda bir araya gələ bilmirik".

Qeyd edək ki, Pezeşkian 2024-cü ilin iyul ayında keçirilən prezident seçkilərində qalib gəlib və islahat prosesini başladıb.(Milli.az)


MANŞET XƏBƏRLƏRİ