Tramp: Kanada ilə bütün danışıqları dayandırdım


ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın rüsumlarla bağlı mənfi danışdığı “saxta” reklamdan istifadə etməsindən sonra Kanada ilə bütün ticarət danışıqlarını dayandırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabından mövzu ilə bağlı paylaşım edib.

"Ronald Reyqan Fondu Kanadanın fırıldaq yolu ilə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığı saxta reklamdan istifadə etdiyini açıqladı" deyən Tramp bunun ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına müdaxilə etmək üçün edildiyini iddia etdi.

Tramp tariflərin ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacib olduğunu vurğulayaraq, "Bu qorxunc davranışlara görə Kanada ilə bütün ticarət danışıqları dayandırıldı" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ