“Aİ (Avropa İttifaqı) Avropanı hərbi isteriyaya sürüklədi, indi isə etiraf edə bilmir ki, Rusiya heç kimə hücum etməyə hazırlaşmır”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Avropanı “hərbi psixoz” vəziyyətinə salıb:
“Məhz Aİ rəhbərliyi Ukraynanı hərbi əməliyyatlara təhrik edib. İqtisadi qeyri-sabitliyə baxmayaraq, Brüssel hələ də Ukraynaya dəstəyi uzatmaq yolları axtarır və Donald Trampın sülh sazişi imzalamasına mane olmağa çalışır.
Brüssel öz vətəndaşlarını aldatmaqla Avropanın həm iqtisadiyyatını, həm də təhlükəsizliyini zərbə altında qoyur. Onlar öz vətəndaşlarını o qədər aldatdılar ki, guya “ruslar gəlir”, “Putin dayı axşam sizi Parisdə və ya Berlində yaxalayacaq”. İndi bu hərbi isteriyadan və müharibə atmosferindən çıxmaq, “bağışlayın, ruslar bizi ələ keçirmək istəmir, bu, real təhlükə deyil” demək çox çətindir. Amma biz bunu dayandırmalı və sülhə nail olmalıyıq”. /globalinfo.az/