ABŞ dövlət katibi Marko Rubio hazırkı atəşkəs planının yeganə plan olduğunu bəyan edib və uğur qazanmaqdan başqa variantın olmadığını vurğulayıb.
Turkustan.az xəbər verir ki, bir neçə günlük rəsmi səfəri çərçivəsində İsraildə təmaslar keçirən Rubio Qəzza zolağında atəşkəsin tətbiqi və monitorinqi üçün ABŞ və İsrailin İsrailin Kiryat Gat şəhərində qurduğu mərkəzdə mətbuat konfransı keçirib.
Rubio hazırkı atəşkəs razılaşmasını və prosesi dəyərləndirərək: "Mövcud atəşkəs planı ən yaxşı plandır. Bir B planının masada olmasından danışa bilmərik. Bu, atəşkəsdə özünü doğrultmuş plandır və onun icrası günü-gündən yaxşılaşır. Uğur əldə etməkdən başqa çarə yoxdur"-deyə, bildirib.
Atəşkəsin gələcəyi ilə bağlı pozitiv olmaq üçün bir çox səbəbin olduğunu deyən Rubio, atəşkəsin davam etməsini təmin etmək, humanitar yardım axınını təmin etmək və talanların qarşısını almaq, israilli məhbusların cəsədlərinin geri qaytarılmasını təmin etmək, Qəzza zolağından İsrailə qarşı hər hansı yeni təhlükənin qarşısını almaq üçün çalışdıqlarını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az