Ramiz Mehdiyevlə Qalinanın evlənməsinin şok səbəbi – Ekspert sirləri açır


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir xəbər rezonans doğurub. İddialara görə, onun fəaliyyətində həyat yoldaşı Qalina Mehdiyevanın mühüm rolu ola bilər. Bildirilir ki, Mehdiyevin istər sovet vaxtı, istərsə ondan sonra vəzifəyə yüksəlişi Qalinanın qurduğu planlara, əlaqələrinə görə baş verib. Qalina Mehdiyevanın erməni qarışığı olduğu və rus agenti olması ehtimallar arasındadır.

Bu, nə dərəcədə realdır? Ramiz Mehdiyevin arxasında, əslində, həyat yoldaşı Qalina Mehdiyeva dayanır?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Ramiz Mehdiyevin yüksəlişinin sirri Sovet İttifaqının yürütdüyü proletariat diktaturası deyilən fəlsəfədən, prinsipdən qaynaqlanıb.

O qeyd edib ki, bu prinsipə görə, hakimiyyətdən mülkədarlar, əsilli-köklü aristokrat ailələr uzaqlaşdırılır:

“Onların yerinə soy-kökü çox bilinməyən, zəif təbəqədən olan, əzilmiş sinfin nümayəndələri gətirilirdi. Ramiz Mehdiyev də bütün parametrləri ilə bu prinsipə uyğun idi. Onun barəsində Naxçıvan ağsaqqalları, ailəsini tanıyan adamlarla söhbət edəndə bu məqamı müəyyənləşdirmişdim ki, o, anasının qucağında gəlib. Yəni anası oğlunu da gətirib, Naxçıvanda məskunlaşıb. İddialara görə, atasının kim olduğu bəlli deyil”.

H.Oğuz Ramiz Mehdiyevin həyatı ilə bağlı maraqlı məlumatla bölüşüb:

“Ramiz Mehdiyevin anası rəhmətə gedəndən sonra bunu uşaq evinə yerləşdiriblər, orada böyüyüb. Tamamilə əsilsiz-köksüz bir adam olub. Belə adamları da ona görə vəzifəyə gətirirdilər ki, öz ətraflarına istədikləri adamı, qohum-əqrəbalarını çəkməyələr və Rusiyaya daha çox bağlı olalar. Yəni rusdan başqa himayədarları olmasın. Belə insanlar əsasən düşmən xalqların qızları ilə evləndirilirdilər ki, bu qızlar, gəlinlər həmin adamlara nəzarət etsinlər. Qalinanın da Ramiz Mehdiyevlə evləndirilməsinin səbəbi budur.

Qalina Mehdiyevanın özünün də haqqında çox ciddi iddialar var. Gürcüstanda bir erməni ailəsində doğulduğu bildirilir. Onun da çox kasıb, proletariat deyiləcək bir ailədə dünyaya göz açdığı barəsində məlumatlar var. Qalinanın Ramiz Mehdiyevdən əvvəl qeyri-rəsmi evliliyinin olduğu, hətta qeyri-qanuni bir uşaq da dünyaya gətirməsinə dair məlumatlar yayılıb”.

heyder oguz
Müsahibimiz deyib ki, R.Mehdiyev kimi şəxslər cəmiyyətin ən aşağı təbəqəsindən olan, cəmiyyət tərəfindən qəbul olunmayan bir xarakterə malik olublar:

“Bunları evləndirmələrinin səbəbi nəzarət mexanizmi idi. Çünki belələrinin xanımı daha çox Rusiyaya bağlıdır. O qadınlar öz ərlərinin fəaliyyətinə nəzarət edib, KQB-yə məlumatlar ötürürdülər. Bu mənada Qalinanın Ramiz Mehdiyevlə evləndirilməsi təsadüfi deyil”.

H.Oğuz əlavə edib ki, o cür əzilmiş şəxslər öz cəmiyyətlərinə düşmən kəsilirlər:

“Çünki zamanında hər yerdə sıxışdırılıb, təcrid olunub, aşağılanıblar və onlar istər-istəməz öz cəmiyyətlərinə nifrətlə yetişiblər. Ümumiyyətlə, tək Ramiz Mehdiyev yox, o dövrdə hakimiyyətə gətirilən bir çox insanın proletariat diktaturası prinsipinə uyğun olaraq seçilməsinin səbəbləri budur”.


MANŞET XƏBƏRLƏRİ