Almaniya kansleri Merz oktyabrın 29-da Türkiyəyə səfər edəcək


Almaniya kansleri Fridrix Merzin oktyabrın 29-u axşam Türkiyəyə səfər edəcəyi, oktyabrın 30-da isə prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, hökumət sözçüsü müavini Sebastian Hille paytaxt Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, baş nazir Fridrix Merz oktyabrın 29-da Türkiyəyə səfər edəcək, oktyabrın 30-da isə prezident Ərdoğanla görüşəcək.

Hille bildirib ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və xarici siyasət məsələləri, o cümlədən iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq müzakirə olunacaq.

Türkiyənin NATO-da mühüm ölkə olduğunu vurğulayan Hille, iki ölkə arasında miqrasiya, enerji və ticarət sahələrində çoxlu ortaq məsələlərin olduğunu vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ