İlkin Süleymanovun vəkili saxlanıldı – Səbəb


Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

APA-nın əldə etdiyi məlumata görə, o, avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirib.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

X X X

Gəncədə tanınmış vəkil saxlanılıb.

Turkustan.az APA-ya istinadən bildirir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.


MANŞET XƏBƏRLƏRİ