İsrail mətbuatının yazdığına görə, ABŞ-ın vitse-prezidenti Vans İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzaya atəşkəs üçün şans verməsini istəyib.
Turkustan.az xəbər verir ki, İsrail mediası ABŞ-ın vitse-prezidenti JD Vancenin İsrailin baş naziri Benyamin Netanyahudan “Qəzzada atəşkəs razılaşmasına şans verməsini” istədiyini bildirib.
İsrailin Kanal 12 telekanalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verib ki, Vans Netanyahu ilə görüşündə "Razılaşmaya şans verin və işləri həll etmək üçün bizə vaxt verin" deyib.
"Qəzzanın yenidən qurulmasında və HƏMAS-ın İsrail üçün təhlükə yaratmamasını təmin etməkdə çətinliklər var", - Vans hesabatda bildirib.
Məlumata görə, Netanyahu Vance-ə atəşkəs razılaşmasının uğurlu olmasını istədiyini deyib.
"Report" xəbər verir ki, Vans və Netanyahu arasında keçirilən görüşdə iştirak edən yüksək rütbəli ABŞ rəsmisinə istinadən, "Netanyahu atəşkəsin qorunması və razılaşmanın növbəti addımlarına keçmək barədə Vancenin mesajlarına açıqdır" deyib.
Aytən Yaşar/ Turkustan.az