Qəzzada baş verən müharibədən sonra dağıntıların çıxarılması və yenidən qurulması işlərinə başlanılıb.
Turkustan.az xəbər verir ki, zərərçəkənlərə çatmaq və dağıntılar arasında şəhərdə həyatın yenidən başlaması üçün çalışan tikinti texnikasının üzərində Türkiyə bayrağı dalğalanıb.
Bayrağın kölgəsi altında çalışan işçilərin görüntüləri qısa zamanda sosial mediada böyük sensasiyaya çevrildi.
Yayılan görüntülərin ardınca İsrailin baş naziri Benyamin Netanyahu “Heç bir türk Qəzzaya girməyib və girməyəcək” deyə sərt açıqlama verib. ABŞ-ın vitse-prezidenti J.D.Vens isə Tel-Əviv hökumətinə dəstəyini ifadə edərək, “İsraili heç kim məcbur edə bilməz” deyib. Bununla belə, ABŞ, Qətər, Misir və Türkiyənin qarant olduğu İsrail-Həmas sülh müqaviləsi Türkiyənin humanitar yardım qruplarının Qəzzada fəaliyyət göstərməsini nəzərdə tuturdu.
Aytən Yaşar/ Turkustan.az