ABŞ-ın hərbi təhdidlərinə qarşı Venesuelada 5 mindən çox Rusiya istehsalı “İqla-S” raketi yerləşdirilib.
Turkustan.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ABŞ-ın Karib hövzəsində hərbi mövcudluğunu artırmasına cavab olaraq ölkənin strateji hava hücumundan müdafiə zonalarında minlərlə Rusiya istehsalı olan “İqla-S” zenit-raket kompleksi yerləşdirilib.
CNN-in məlumatına görə, Maduro hərbçilərlə görüşdə ABŞ-ın bölgədə əməliyyatlarını genişləndirdiyini vurğulayaraq, “Dünyadakı bütün hərbi qüvvələr İqla-S-in gücünü bilir və Venesuelada 5 mindən çox belə raket var,” – deyib.
O, bu raketlərin tək əsgərin daşıya biləcəyi qədər yüngül olduğunu və “ölkənin ən uzaq dağlarında, qəsəbələrində və şəhərlərində” yerləşdirildiyini əlavə edib.
Aytən Yaşar/ Turkustan.az