Pezeşkian: Türkiyənin nefti və qazı yoxdur, amma bizdən daha yaxşı yaşayırlar


İran prezidenti Məsud Pezeşkian ölkəsindəki iqtisadi sistemi tənqid edib.

Turkustan.az xəbər verir ki, İranda fəaliyyət göstərən “Entekhab” xəbər saytının məlumatına görə, Pezeşkiyan Urmiya şəhərindəki toplantıda çıxışı zamanı ölkəsindəki iqtisadi sistem və hakimiyyətləri tənqid edib.

Pezeşkian: "Türkiyənin nefti, qazı yoxdur, Yaponiya və Koreyanın da yoxdur. Neft alırlar, amma bizdən daha yaxşı vəziyyətdədirlər, həyat şəraiti də çox yaxşıdır. Neftimiz, qazımız var, amma acıq. Problemlərimiz var. Bəs problem haradadır?"-deyə, bildirib.

Ölkədəki çatışmazlıqların "daha çox neft satmaqla" ödənilməsindən şikayətlənən İran prezidenti, "Problem bizdədir. Necə olur ki, neft və qaz satırıq və xalq əziyyət çəkir? Bu, bizim günahımızdır" deyib.

İran prezidenti qeyd edib ki, ölkəsinin üzləşdiyi iqtisadi problemləri aradan qaldırmaq üçün qeyri-neft məhsullarının istehsalına və ixracına önəm verilməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ