Noyabr ayında Azərbaycanda beş günlük iş həftəsində çalışanlar üçün 12 gün iş olmayacaq.
Turkustan.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləri hesab olunur.
Hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
Bundan əlavə, 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr şənbə və bazara təsadüf edir.
Beləcə, bayram və həftəsonlarını nəzərə aldıqda noyabr ayında 12 gün qeyri-iş günü olacaq.